AZ

RU

EN





 
Deməyə sözüm var... 2017
R.Medvedski
R.Medvedski

Medvedskinin üç sütunu

2017 Yanvar 10 ( Çərşənbə axşamı )  09:37:03
 

Bir dəfə 1990-cı ilini noyabrında XİN-ə girdim. Dəhlizdə nazir müavini Albert Salamovu gördüm. O, məni kabinetinə dəvət etdi, burada qonağı, gənclik dostu ilə tanış etdi: “Tanış ol, Rodion İvanoviç Medvedski, Tümendə Qərbi-Sibir elmi-araşdırma institutunun direktor müavini”.

Medvedski Suraxanılı çıxdı. 1936-cı ildə neftçi ailəsində dünyaya gəlib, 1959-cu ildə Bakı Neft və Kimya İnstitutunu bitirib, daha sonra geoloq olaraq işləyib. Sanki ölkənin müstəqilliyini qabaqcadan görərək, Medvedski söhbətdə gələcək Azərbaycanın iqtisadiyyatının əsaslanmalı olduğu üç sütun mövzusuna keçdi. O, plastmass istehsalına xüsusi diqqət yetirməklə, neft-kimyanı, şərabçılıq diqqət mərkəzində olmaqla kənd təsərrüfatını, və  müalicəvi olmaqla, turizmi qeyd etdi.

“Gəncliyimdə yeraltı mineral və su axtarışında geoloji kəşfiyyat apararkən Azərbaycanı qarış-qarış gəzmişəm. Tərkibinə və keyfiyyətinə görə Karlovıe Varıda olan mənbələrdən üstün olan 70 müalicəvi mənbə aşkar etdik. Bu, mövsüm xarakterindən asılı olmayan, həmişə cəzbedici olan müalicəvi turizmin inkişafı üçün geniş platformadır”, deyə alim bildirdi.

Prinsipcə, Medvedski haqlı idi və sonradan Sovet turizm sisteminin dağılması və neft bumu illərində Azərbaycanda düşünülməmiş sistemsiz turizm sənayesinin yaradılması yanlış, hətta uğursuz olduğunu göstərdi. Adətən tanışlıq məqsədilə gələn təsadüfi turistlər üçün nəzərdə tutulmuş bahalı otellər tikdilər. Adətən təkrar səfər olmur. Amma, məsələn, Bilgəhdə Cümeyranı götürək. Bir neçə yay ayı üçün nəzərdə tutulmuş, Türkiyənin beşulduzlu otelləri ilə ayaqlaşa bilməyən və sadəcə istirahət zonası kimi cazibəsi az olan mövsümlük oteldir – yay qısa və küləkli, dəniz dalğalıdır.

Sovet illərində Azərbaycanda sanatoriyalar və istirahət evləri müalicəvi istiqamətli idi, bu da qış aylarında da 50-70% doluluğu təmin etməyə imkan verirdi. Bilgəhdə kardioloji sanatoriyalar, Zaqulba, Buzovna, Mərdəkanda müalicəvi sanatoriya və pansionatlar. Hətta idarə sanatoriyaları belə qeyri-yay mövsümündə də boş qalmırdı. Burada təqaüdçülər istirahət edirdi. Abşeron yarımadası bir növ ümumittifaq istirahət ocağı idi. Buraya bütün SSRİ-dən müalicə və istirahətə gəlirdilər. Bu gün də turizmin inkişafı üçün müalicə profili strategiya olmalıdır – həm yerlilər, həm də əcnəbilər üçün ucuz, keyfiyyətli. Hələlik yalnız müalicəvi neft-palçıq vannası olan Naftalanı göstərmək olar.

“Bilirsiniz, 19-cu əsrdə Madeyra adasından Qafqaza yetişdirmək üçün məşhur üzüm növü gətirmişdilər, o, yalnız Azərbaycanda yetişdi, Madrasa növü də buradan gəlib, - deyə Medvedski sözünə davam edib. – Biz bir ton neftdən nə qədər götürürük, təxminən 100 dollar. Bir ton şərabdan isə 4 min. Fərqi hiss edirsiniz? Təkcə üzümçülük ildə bir milyard dollardan çox gəlir gətirər”.

Medvedski haqlı idi. Qorbaçovun antialkoqol kampaniyasına qədər Azərbaycan 2 mlrd dekalitr şərab və şirə istehsalına başlamışdı. Həmin vaxt şərab ixracından gəlir 9 mln. tona yaxın istehsal olunan neft gəlirini keçmişdi.

O, həmçinin böyük parniklərin yaradılmasından və Azərbaycanın SSRİ-nin şimal regionlarına bağ-bostan məhsullarının əsas ixracçısına çevrilməsindən danışırdı.

Və nəhayət, neft-kimya: “Cavan oğlan, dünyanı plastmass dövrünə doğru aparır. Plastmass hər yerdə var – avtomobilqayırmada, məişətdə, sənayedə. Bu, strateji istiqamət və kimya sənayesinin ürəyidir. Bütün qüvvələr məhz buraya yönəldilməlidir”.

Həmin vaxt biz hələ plastik pəncərələr, borular, laminatlarla tanış deyildik. İndi onlar hamısı həyatın ayrılmaz hissəsinə çevrilib. Onların tətbiq sahələri də getdikcə daha da genişlənir. Bu mənada Azərbaycan vaxt itirib və müstəqillik illəri ərzində xammal istehsalından hazır məhsula qədər neft-kimya flaqmanına və plastmass sahəsinin liderinə çevrilmək üçün təbii resurslardan yararlana bilməyib.

Bütün bu illər ərzində söhbət ölkənin inkişafı yollarından gedərkən gələcək iqtisadi strategiyaya bəsirətli baxışı ilə Medvedski gözümün önünə gəlirdi. Əslində hər şey tutumlu, aydın və sadədir. Amma təəssüf ki, bizdə hər şey böyük, mürəkkəb və qeyri-aydın alındı.

Geologiya, neft və qaz inkişafı sahəsində görkəmli alim Rodion Medvedski  2013-cü ilin mayında dünyasını dəyişdi.

Mehman Əliyev

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com