AZ

RU

EN





 
Deməyə sözüm var... 2017
Təhsil islahatı (Finlandiya modeli)

Təhsil islahatı (Finlandiya modeli)

2017 Yanvar 07 ( Şəmbə )  11:28:52
 

Təhsil islahatları proqramının əsas hissəsidir.

əkteblilər üçün təhsil dövlət əsaslı olmalıdır və Milli Fond tərəfindən maliyyələşməlidir.

Azərbaycanın bütün vətəndaşları eyni təhsil hüququna malik olmalıdır.

Ölkədə yalnız ictimai məktəblər fəaliyyət göstərməlidir.

Özəl məktəblər yalnız hər hansı fiziki məhdudiyyəti olan uşaqlar üçün fəaliyyət göstərməli və həmçinin dövlət tərəfindən maliyyələşməlidir.

Təhsil sistemi köklü şəkildə islahat olunmalıdır, lakin bu islahatlar bir neçə mərhələdə həyata keçirilməlidir ki, ölkənin mövcud müəllim heyəti yeni sistemə uyğunlaşa bilsin.

Ən mükəmməl sistem - fin təhsil sistemidir. Bu sistem son 5-6 il ərzində dünyada ən yaxşı sistem olaraq tanınır və bir çox ölkələr tərəfindən öyrənilir.
 Finlyandiya hökuməti hər il hər bir şagirdə 7.5 min dollar maliyyə vəsaiti xərcləyir. Bu yüksək göstərici deyil.
Məsələn, ABŞ-da bu məbləğ 8.6 min dollardır. Halbuki mekeb təhsilin səviyyəsinə görə ABŞ dünyada 22-ci yerdə qərarlaşıb.

Müəllimlərin statusu
Fin təhsil sisteminin əsasında cəmiyyətdə ən ali peşə hesab edilən müəllimlik statusu durur.

Müəllimlərin məvacibi həmçinin ən yüksək şkala üzrə qiymətləndirilir.

Ölkənin bütün universitetlərinə ən yüksək keçid balı da məhz pedaqoji universitetlərədir. 1 yerə 10 nəfərdən artıq iddia edir.

Müəllimlik peşəsi hüquqşünas və ya həkim peşəsindən daha prestijli hesab edilir.

Bu ölkənin təcrübəsinə uyğun şəkildə təhsildə islahatların aparılması üçün Finlyandiyadan bir qrup mütəxəssisin dəvət olunması məqsədəuyğun olardı.

Fin təcrübəsinin tətbiqinə hazırlıq mərhələsi 3-5 il zaman apara bilər.

Təhsil 11 və 12 illik ola bilər. 
2 xarici dilin öyrənilməsi mütləq olmalıdır. Birinci xarici dil II sinifdən, ikinci xarici dil IV-V sinifdən öyrənilməlidir.
VIII sinifə qədər təhsil ümumi olmalıdır.

Daha sonra aşağıdakılara bölünməlidir:
- akademik yönüm
- texniki peşə yönümü

Gələcəkdə universitet təhsilinin alınmasına daha böyük şans verəcək texniki peşə təhsilinə xüsusi diqqət yetirilməlidir.

Dərslərdə stress sıfır səviyyəsində olmalıdır. Ev tapşırıqları verilir, lakin yoxlanılmır. VIII sinifə qədər qiymətlər həmçinin təqdim olunmur.

Praktiki olaraq müəllim özünü şagirdlərlə eyni səviyyədə tutur və onlara düzgün düşünməyə, qərar qəbul etməyə yardımçı olur. Dərs vaxtı müəllim sinifə qarışır və şagirdlərə öz fikirlərini çatdırır.
Dərslər müzakirə xarakteri daşıyır, yəni hər bir şagird sinifde yaradalan kiçik (5-6 neferlik) qrupda müzakirələrdə iştirak edir ve grupları dersden derse deyişir. 
Məktəb yeməkləri, fasilə zamanı meyvələr və s. pulsuz olmalıdır.

Universitetlər
Universitetlər eyni zamanda ölkənin elmi-texniki və innovasiya mərkəzləri olmalıdır. 
Herbiçiler ve onların evladları üçün tehsil ödenişsiz olmalıdır. 
Diqerleri üçün (Milli Fondun daxilinde yaradılmıs xüsuli faizsiz tehsil kredit xetti esasında) ödenişli ola biler. Tehsil haqqı Universiteti bitirmis qenc terefinden işe başlayandan sonra 2-5 il erzinde fondun hesabına ödenilir.

Arif Məmmədov

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com