AZ

RU

EN





 
Cəmiyyət 2017
Tapılan meyitin kmiliyi aradşırılır

Tapılan meyitin kmiliyi aradşırılır

2017 Mart 20 ( Çərşənbə )  13:17:49
English  

Xəzərdə naməlum kişi meyiti tapılıb. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Tapılan meyitin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.

Qərargahın xəbərinə görə meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. 

Amma meyitin nə zaman və dənizin hansı hissəsində tapıldığı barədə informasiya verilmir.

 Xatırladaq ki, 2016-cı il dekabrın 15-də səhər saatlarında N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqsində estakadanın bir hissəsinin və onun üzərindəki budkanın dənizə üçması ilə 10 nəfər neftçi tikin düşüb. Onlardan indiyə kimi 4-ünün meyiti aşkar edilərək sahiblərinə verilib. 6 nəfər hələ də itkin düşmü sayılır.-0-  

 

 

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com