AZ

RU

EN





 
Cəmiyyət 2017
Mehman Hüseynovun apellyasiya şikayətinə baxılması martın 29-na təyin edilib

Mehman Hüseynovun apellyasiya şikayətinə baxılması martın 29-na təyin edilib

2017 Mart 18 ( Bazar )  14:34:24
English  

Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun şikayəti üzrə hazırlıq iclası 29 mart saat 16.30-a təyin edilib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib. O qeyd edib ki, iclas mətbuat üçün açıq olacaq və bloger özü məhkəməyə aparılacaq.

Şikayətdə müdafiə tərəfi apellyasiyaya qismən təkrar məhkəmə istintaqı keçirilməklə baxılması və blogerə bəraət verilməsi məsələsini qaldırıb.

* Mehman Hüseynov martın 3-də Nəsimi Rayon polis idarəsinin rəisi Musa Musayevin şikayəti əsasında diffamasiya ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. İddia üçün bəhanə blogerin Nəsimi Rayon polisi tərəfindən ona işgəncə verildiyi haqqında bəyanatları olub.

Hüseynov və hüquq müdafiə təşkilatları əmindirlər ki, bloger sosial şəbəkələrdə Azərbaycanın yüksək vəzifəli məmurları haqqında tənqidi reportajlarına görə təqib olunur. -05B06-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com