AZ

RU

EN





 
Cəmiyyət 2017
Azadlığa çıxan bloger 1211 günlük həbs həyatı barədə

Azadlığa çıxan bloger 1211 günlük həbs həyatı barədə

2017 Mart 17 ( Şəmbə )  17:17:46
English  

Əfv ilə azadlığa çıxan bloger Əbdül Əbilov bu aktın digər siyasi məhbuslara aid edilməməsindən təəssüfləndiyini bildirib.

“Bu əfv sərəncamını natamam hesab edirəm. Çünki xeyli siyasi məhbus var ki, onlar hələ də həbsdədir”, - Ə. Əbilov koloniyanın qarşısında jurnalistlərə deyib.

Xatırladaq ki, martın 17-də dövlət başçısı 423 məhbusu əfv edib. Onların arasında cəmi 4 siyasi məhbus var: Əbdül Əbilov, Elvin Abdullayev, Rüfət və Rövşən Zahidovlar.

Ə.Əbilov REAL Hərəkatının lideri İlqar Məmmədov, NİDA Hərəkatının fəalı İlkin Rüstəmzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının azadlığa çıxmamasından məyus olduğunu bildirib.  

Ə.Əbilov deyib ki,  1211 gün günahsiz yerə həbsdə saxlanılıb.  Bu müddətdə səhhətində, əsasən  onurga sümüyündə problem yaranıb. O, həbsxanadakı tibbi xidmətin yaxşı olmadığını bildirib.–06D—

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com