AZ

RU

EN





 
Cəmiyyət 2017
İran vətəndaşları Təbrizdəki konsulluqdan viza ala bilmədiklərini bildirirlər

İran vətəndaşları Təbrizdəki konsulluqdan viza ala bilmədiklərini bildirirlər

2017 Mart 17 ( Cümə )  14:42:13
English  

"Təbrizdə Azərbaycan baş konsulluğu bizə viza vermir. Artıq Təbrizdəki baş konsulluq bir həftədir viza üçün sorğu qəbul etmir. Deyirlər Azərbaycana getmək üçün vizaları turizm şirkətləri vasitəsi ilə alın. Çünki turizm şirkətləri onlara pul verir". Bu barədə İran vətəndaşı Nassir Mumtaz adlı şəxs 121 nəfərin adından Azərbaycan mediasına müraciətində bildirir.

“Dostarım viza almaq üçün baş konsulluqda olublar. Pasportlarını götürüblər, 5 gündür geri qaytarmırlar. Bizə burada zülm edirlər. Viza 20 dollardır, 40 dollara verirlər. Baş konsul yaşlı bir kişidir, yaxşı adama oxşayır. Amma viza üzrə məsul olan Eldar adlı şəxs bizə zülm edir”, deyə müraciətdə qeyd edilir.

“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə­ bağlı cənab İlham Əliyev sərəncam imzalayıb. Amma bizə viza verən yoxdur”, deyə o qeyd edib.

Müraciətdə bildirilir ki, on gün öncə cənab İlham Əliyev İranda səfərdə olarkən bu ölkə ilə Azərbaycanın dost olduğunu söyləyib.

“Amma İlham Əliyevə xəyanət edirlər”, deyə yazan müraciət müəllifləri Azərbaycan hökumətindən kömək istəyirlər.

Azərbaycanın rəsmi orqanları və Təbriz şəhərindəki baş konsulluq hələ İran vətəndaşlarının müraciətinə cavab verməyib. -03B-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com