AZ

RU

EN





 
Cəmiyyət 2017
Əfv siyasi məhbus poblemini həll edib?  müxtəlif baxışlar

Əfv siyasi məhbus poblemini həll edib? müxtəlif baxışlar

2017 Mart 17 ( Cümə )  14:35:25
English  

Martın 16-da imzalanan əfv sərəncamı hüquq müdafiəçiləri, müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Onlar ölkədə “siyasi məhbus” probleminin həll edilmədiyini bildirir.

İctimai fəal Bəxtiyar Hacıyev facebook səhifəsində yazıb ki, əslində, bu gün siyasi məhbusları azad edib, bədbin cəmiyyətin möhtac olduğu bir müsbət xəbər vermək olardı.

“Amma görünür ki, yarımçıq əfvdir, övladını gözləyən analar, yoldaşını gözləyən xanımlar yenə məyus olacaqlar. 400-ə yaxın cinayətkarı azad edib, 40 siyasi məhbus azad etməmək üzücüdür”, deyə o qeyd edib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, əfv sərəncamı siyasi məhbus problemini həll etməyə yaxın deyil.

“Azadlığa çıxan siyasi məhbuslar:

1. Elvin Abdullazadə
2. Əbdül Əbilov
3. Rüfət Zahidov
4. Rövşən Zayıdovv

Yəni cəmi 4 nəfər, halbuki, ölkədə 100-dən artıq siyasi məhbus var. Sərəncam siyasi məhbusların azadlığa buraxılması və ümumilikdə bu problemin tam aradan qaldırılması kontekstində heç bir əhəmiyyəti olmayan sənəd oldu”, deyə hüquq müdafiəçisi facebook səhifəsində yazıb.

Əfv sərəncamı ilə azadlığa çıxmış gənc fəal Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva facebook səhifəsində bildirir ki, 2-3 siyasi məhbusu siyahıya əlavə etməklə problem həll olunmur.

“Siyasi məhbus faktoru problem kimi qalır. Bu sərəncamı yalnız imitasiya saymaq olar. Elvinin həbsdən çıxmasına 100 gün qalmışdı. Bəs azadlığı haqq edən siyasi məhbuslar? Onların ailələrinin, övladlarının, analarının gözü yoldadır axı...”, deyə Z.Abdullayeva yazıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hesab edir ki, bu sərəncamda əfv yoxdur, əfvin imitasiyası var.

“Ölkə imitasiya zolağından çıxa bilmir. Seçki yoxdur, seçkinin imitasiyası var. Ədalətli məhkəmə yoxdur, məhkəmənin imitasiyası var. Humanizm yoxdur, humanizmin imitasiyası var. Hakimiyyətdə vətənpərvərlik yoxdur, vətənpərvərliyin imitasiyası var (siyahını davam edə bilərsiniz). Bugünki fərman da yalnız əfvin imitasiyası oldu”, deyə o facebook səhifəsində yazıb. -03B-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com