AZ

RU

EN





 
Cəmiyyət 2017
M.Hüseynovun işi üzrə məhkəmə qərarından şikayət veriləcək

M.Hüseynovun işi üzrə məhkəmə qərarından şikayət veriləcək

2017 Yanvar 11 ( Çərşənbə )  17:55:03
English  

Məhkəmənin bloger Mehman Hüseynovun işi üzrə polisə tabe olmamağa görə 200 manat cərimə qərarından apellyasiya instansiyasına şikayət veriləcək. Bundan başqa, polisdə Hüseynova qarşı işgəncələrlə bağlı prokurorluğa şikayət veriləcək. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

“Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə tərəfimdən baxış keçirilib. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə hələ yaymıram”, deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, məhkəmədə "zərərçəkmiş" qismində dekabrın 23-də küçədə Mehmana hücum edən Təhməzov soyadlı bir şəxs çıxış edib.

Bundan başqa, yanvarın 10-da məhkəmədə şahidlər ziddiyyətli ifadələr veriblər və Mehmanın polisə tabe olmamasının nədən ibarət olduğunu izah edə bilməyiblər, deyə vəkil bildirib. -03B06-

Plants: image 1 0f 1 thumb
ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com