AZ

RU

EN





 
Cəmiyyət 2017
Paytaxt və rayonlarda qaz məhdudiyyəti

Paytaxt və rayonlarda qaz məhdudiyyəti

2017 Yanvar 11 ( Çərşənbə )  16:42:15
English  

Yanvarın 11-də paytaxt Bakıya və bəzi rayonlara qaz verilməsində məhdudiyyətlər var. Bunu “Azadlıq Radiosu”na “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104 saylı opreativ Xidmət şöbəsinin böyük dispetçeri Röcət Həsənzadə bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırma Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin və “Azəriqaz” İB-nin birgə telefonoqramı əsasında baş verir: Bakının Biəqədi, Sabunçu, Xəzər, Abşeron rayonlarında, Ceyranbatan qəsəbəsində, eləcə də Sumqayıt şəhərində qaz verilməsilə bağlı məhdudulaşdırmalar var. Bundan əlavə, İsmayıllı, Şamaxı, Masallı, Xızı, Siyəzən rayonlarında da qaz verilməsinə məhdudiyyət tətbiq edilib.

Amma R.Həsənzadə bunun bu günlərdə Səngəçaldakı qaz kəmərində baş verən hadisə ilə əlaqəsi olmadığını söyləyib: “Bugünki məhdudlaşdırma qazpaylayıcı blokların dəyişdirilməsi, qaz sızmalarının öyrənilməsi, cari təmir işlərilə bağlıdır”.

R.Həsənzadənin sözlərinə görə, təmir işlərinin yanvarın 11-i axşam saat 20-yə kimi tamamlanması və qaz verilməsinin bərpa olunması gözlənilir.

Öz növbəsində, SOCAR-dan bildiriblər ki, yanvarın 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. -05B06-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com