AZ

RU

EN





 
Cəmiyyət 2017
Mehman Hüseynovun oğurlanmasında əli olanlar cəzalandırılmalıdır - RATİ

Mehman Hüseynovun oğurlanmasında əli olanlar cəzalandırılmalıdır - RATİ

2017 Yanvar 11 ( Çərşənbə )  15:20:07
English  

Bloger Mehman Hüseynovun oğurlanması və onunla amansız rəftar Azərbaycan hökumətinin ifadə azadlığına dözümünün sıfıra bərabər olduğunun daha bir sübutudur. Bu barədə 2016-cı ilin dekabrında Mehman Hüseynovun idarə heyətinin sədri seçildiyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bəyanatında deyilir.

"Biz Mehmana qarşı bu zorakılıq aktını qətiyyətlə pisləyirik", deyə RATİ-nin baş direktoru Emin Hüseynov bildirib. Şübhəsiz, bu akt Azərbaycanın yüksək vəzifəli şəxsləri tərəfindən sifariş olunub, deyə o əlavə edib.

Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Mehman Hüseynov bazar ertəsi yerli vaxtla saat 7:54-də Bakının mərkəzində tutulub və zorla maşına mindirilib.

Polis Hüseynovu 19 saat həbsdə saxlayıb, vəkili və ya ailə üzvləri ilə əlaqə saxlamağa imkan verməyib. Bütün bu müddət ərzində o, işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Nəsimi rayon məhkəməsində o, huşunu itirib və yıxılıb. Təcili yardım həkimləri ona iki iynə vurub, daha sonra polis onun bu vəziyyətindən istifadə edib və hansısa kağızları imzalamağa məcbur edib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, Mehman Hüseynovun bədənində travma izləri var.

RATİ amansız döyülmənin jurnalistin səhhəti üçün ciddi nəticələrə gətirib çıxara biləcəyindən ehtiyatlanır və Mehmana müalicə üçün xaricə getməyə icazə verilməsini tələb edir.

Ötən həftə Mehman Hüseynov AŞPA-nı korrupsiya və Avropalı deputatların rüşvətlə öz tərəflərinə çəkilməsinə görə Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum etməyə çağıran vətəndaş cəmiyyəti fəalları arasında olub.

"Şübhəsiz, Mehmanın fəaliyyəti İlham Əliyevi onu cəzalandırmağa vadar edib", deyə bəyanatda bildirilir.  –06D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com