AZ

RU

EN





 
Mədəniyyət 2017
YUNESKO rəhbəri vəzifəsinə 9 namizəd var

YUNESKO rəhbəri vəzifəsinə 9 namizəd var

2017 Mart 18 ( Şəmbə )  12:43:30
English  

Cümə günü YUNESKO İcra Şurasının sədri rəsmi olaraq Təşkilatın Baş Direktoru vəzifəsinə 9 namizədin adlarını elan edib. Azərbaycandan Polad Bülbüloğlu ilə yanaşı, namizədlər arasında Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri var. Bu barədə Turan-a BMT-nin mətbuat xidmətindən bildiriblər.

YUNESKO baş direktoru İcra Şurasının tövsiyəsi ilə Baş Konfransda təyin edilir.

9 namizəd İcra Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyasında söhbət mərhələsindən keçəcək.

Daha sonra oktyabrda Şuranın 202-ci sessiyasında gizli səsvermə olacaq.

Yekun qərar 2017-ci ilin noyabrında YUNESKO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək.

Polad Bülbüloğlu müğənni və bəstəkar, hazırda Azərbaycanın Rusiyadakı səfiridir.

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com