AZ

RU

EN





 
Siyasət 2017
Azərbaycan Ankara və Moskvanın barışmasında rol oynayıb - Əliyev (yenilənib)

Azərbaycan Ankara və Moskvanın barışmasında rol oynayıb - Əliyev (yenilənib)

2017 Mart 16 ( Cümə axşamı )  12:51:49
English  

Azərbaycan Türkiyə və Rusiyanın barışmasında öz rolunu oynayıb, bu barədə dövlət başçısı İlham Əliyev bu gün Bakıda Qlobal Forumda çıxışında bildirib.

Onun sözlərinə görə, Bakı həmişə qonşuları arasında münasibətlərin normallaşmasına şərait yaratmağa çalışır. Azərbaycan müstəqil siyasət yürüdür ki, tərəfdaşlar buna qiymət verir və məhz buna görə bu yaxınlarda Bakıda ABŞ və Rusiya baş qərargah rəislərinin görüşü keçirilib.

Qarabağ münaqişəsinə toxunan Əliyev deyib ki, bu münaqişə regional təhlükəsizlik üçün təhlükədir. Ermənistan status-kvonu saxlamağa çalışır, baxmayaraq ki, ATƏT MQ həmsədri olan ölkələrin prezidentləri dəfələrlə onun dəyişdirilməsi - yəni Azərbaycan ərazilərinin işğaldan azad edilməsi zərurətini bəyan ediblər, deyə o qeyd edib.

"Ermənistan başqasının ərazilərini işğal edib və insanlığa qarşı cinayət törədib, buna görə o, cəzalandırılmalıdır və ona qarşı sanksiyalar tətbiq edilməlidir", deyə Əliyev bildirib.

Avropa ilə əlaqələr haqqında danışan Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. "Biz Avropa İttifaqı ilə möhkəm münasibətlər qurmuşuq, doqquz Aİ ölkəsi ilə isə strateji əməkdaşlıq haqqında sazişlər imzalamışıq", deyə o bildirib.

Bakı Avropa İttifaqı ilə Assosiasiya Sazişi yerinə əməkdaşlıq haqqında ayrı bir sənəd imzalamağı təklif edib. Ola bilər ki, gələcəkdə bu, strateji əməkdaşlıq haqqında saziş olar, deyə Əliyev qeyd edib.

Daha sonra o, Avropa ölkələrini miqrantlara qarşı münasibətə görə tənqid edib. Dünyada və Avropada da miqrasiya böhranı Yaxın Şərq ölkələrinə düşünülməmiş münasibətin - daha doğrusu, dövlətlərin daxili işlərinə hərbi müdaxilənin nəticəsidir.

Miqrasiya böhranı Avropa ölkələri üçün problemlər yaradıb, digər tərəfdən isə radikalizmin və nasionalizmin artmasına, miqrantlara qarşı mənfi münasibətə səbəb olub. -02D-

*   *   *

2017 Mart 16 (Cümə axşamı) 12:31:23

Martın 16-da Azərbaycanın paytaxtında "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda V Qlobal Forum açılıb. Forumun işində Azərbaycan prezidenti İlham Əliyev, Latviya prezidenti Raymonds Veyonis, Makedoniya prezidenti Georgi İvanov, Albaniya prezidenti Buyar Nişani, Monteneqro prezidenti Filipp Buyanoviç, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Habelə Səudiyyə Ərəbistanı şahzadəsi Türki əl Feysəl iştirak edirlər.

İlham Əliyev öz çıxışında bildirib ki, Bakı Qlobal Forumu Azərbaycan gerçəklərinin təbliği, yeni dostların qazanılması və lobbi formalaşdırılması, dünyada Azərbaycan, onun mədəniyyəti və tarixi haqqında həqiqətlərin yayılması məqsədilə təşkil olunub.

Forumun keçirildiyi illər ərzində bu istiqamətdə çox iş görülüb və hələ görüləcək çox işlər var. -02D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com