AZ

RU

EN





 
Siyasət 2017
ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı

2017 Fevral 17 ( Cümə )  13:46:27
English  

ATƏT-in Minsk Qrupunun həmsədrləri (səfirlər İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Riçard Hoqland - ABŞ) fevralın 16-da Berlində Ermənistan və Azərbaycan XİN başçıları ilə görüşün yekunlarına görə bəyanat yayıblar.

 
    Həmsədrlər nazirlərlə təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində cari vəziyyəti müzakirə ediblər və bir daha təsdiq ediblər ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur və müharibə variant deyil.
 
    Onlar tərəfləri təmkinli olmağa və öz əhalilərini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar.
 
    Həmsədrlər həmçinin tərəfləri hərbi əməliyyatlara son verilməsinin əsasını təşkil edən 1994-95-ci illər atəşkəs sazişlərinə ciddi riayət etməyə çağırıblar.
 
    Həmsədrlər öz prezidentlərinin birgə Dovil bəyanatlarını xatırladıblar və qeyd edibər ki, güc tətbiqi yalnız daha çox iztirab və dağıntıya səbəb olacaq və beynəlxalq ictimaiyyət tərəfindən pislənəcək.
 
    Həmsədrlər tərəflərlə 2016-cı ildə Vyana və Sankt-Peterburqda keçirilmiş yüksək səviyyəli görüşlərdə qəbul edilmiş, münaqişə zonasında vəziyyətin sabitləşməsinə yönəlmiş qərarların həyata keçirilməsi üçün görülməli olan tədbirlər barədə fikir mübadiləsi aparıblar.
 
    Həmsədrlər böyük elastiklik nümayiş etdirmək və mümkün qədər tez möhkəm nizamlanmaya nail olmaq üzrə hərtərəfli danışıqları bərpa etmək zərurətini vurğulayıblar.
 
    Həmsədrlər etiraf ediblər ki, Ermənistan hakimiyyətinin Azərbaycan hərbiçisinin cəsədini qaytarmaq barədə bu yaxınlarda qəbul etdiyi qərar faydalı humanist jest idi.
 
    Nazirlər öz beynəlxalq humanitar öhdəliklərinə ciddi riayət etməyə sadiq olduqlarını bildiriblər.
 
    Həmsədrlər bilirlər ki, 2017-ci il fevralın 20-də Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirilməsi planlaşdırılır. Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyətinin bu prosedurdan istifadəyə öz əhalisinin ictimai həyatını təşkil etmək cəhdi kimi baxdığını qeyd etsələr də, ölkələrdən heç birinin, o cümlədən Ermənistan və Azərbaycanın Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayırlar.
 
    Müvafiq olaraq,həmsədrlər 20 fevral referendumunun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna toxunduğunu qəbul etmir. Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya cari danışıqların nəticəsini həll etmir.
 
    Həmsədrlər martda regiona səfər planlaşdırır, deyə bəyanatda bildirilir. -16D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com