AZ

RU

EN





 
Siyasət 2017
Danford-Gerasimov görüşü bir neçə ay hazırlanıb

Danford-Gerasimov görüşü bir neçə ay hazırlanıb

2017 Fevral 17 ( Cümə )  01:27:05
English  

ABŞ Dəniz Piyadaları Korpusunun generalı, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Co Danford və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimov fevralın 16-da Bakıda keçirilən görüşlərində  geniş məsələlər spektrini müzakirə ediblər.

Hərbi liderlər Amerika-Rusiya hərbi əməliyyatları və Avropa, Yaxın Şərq və digər mühüm regionlarda təhlükəsizlik sahəsində beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıblar.

ABŞ və Rusiya hərbiçiləri qərəzsiz insidentlər riskini azaltmaq məqsədilə hərbi əməliyyatların təhlükəsizliyinin artırılması üzrə səy göstəriblər.

Onlar həmçinin sabitləşdirici tədbirləri təmin etmək məqsədilə əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Pentaqonun saytında dərc olunmuş məlumatda deyilir.

Bu, iki hərbi rəhbərin ilk üzbəüz görüşü idi, daha əvvəl onlar telefonla danışmışdı.

“Söhbət etdiyin insanın üzünü görmək vacibdir”, deyə söhbət iştirakçısı, dəniz piyadaları generalı Frenk Makkenzi bildirib.

“Bizim üçün telefonla əlaqə saxlamaq heç vaxt çətin olmasa da, masa arxasında oturub həmsöhbətinə baxmağın müəyyən üstünlüyü var”, Makkenzi qeyd edib.

Bu, 2014-cü ilin yanvarında Gerasimovun Brüsseldə Birləşmiş Qərargah Rəisləri Komitəsinin o vaxtki sədri general Martin Dempsi ilə görüşündən sonra bu səviyyədə ilk görüş idi.

O görüşdən sonra dünyada ciddi hadisələr baş verib: "Rusiya qanunsuz olaraq Krımı ilhaq edib, Şərqi Ukraynada münaqişəyə müdaxilə edib və Bəşar Əsəd rejiminə dəstək üçün Suriyaya qoşunlarını, təyyarələrini və gəmilərini göndərib. Bundan başqa, Rusiya gəmiləri və təyyarələri Qara dənizdə və Baltik dənizində təxribatçı və təhlükəli hərəkətlər edib", Pentaqonun məlumatında qeyd edilir.

“Buna görə iki hərbi liderin Bakı görüşü iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələri təmin etmək məqsədilə atılan addımdır. İki general siyasi məsələləri müzakirə etməyib, bu, bir-birini başa düşmək və hiss etmək, əlaqə qurmaq üçün keçirilən görüş idi ki, telefonla bunu etmək çox çətindir”, Makkenzi qeyd edib.

Görüş bir neçə aya hazırlanıb, deyə əlavə edən general iki ölkə hərbiçilərinin, Suriyada olduğu kimi, bir-birinə bilavasitə yaxınlıqda hərəkət etdiyi bir vaxtda belə bir əlaqənin xüsusilə vacib olduğunu vurğulayıb.

Plants: image 1 0f 1 thumb
ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com