AZ

RU

EN





 
Siyasət 2017
Energetika üzrə Avropa Komissarı Bakıya gəlir

Energetika üzrə Avropa Komissarı Bakıya gəlir

2017 Yanvar 11 ( Çərşənbə )  17:44:49
English  

Fevralın sonlarında Bakıda Cənub Qaz Dəhlizi üzrə məsləhət şurasının üçüncü iclası keçiriləcək.

İclasda iştirak üçün energetika məsələləri üzrə Avropa Komissarı Maroş Şevkoviç Bakıya gələcək, bu barədə Turan-a məlumatlı mənbə bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin məsləhət şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 29-da keçirilib.

Bundan başqa, yanvarın 26-27-də Bakıda Avropa İttifaqı və Azərbaycan arasında energetika üzrə altkomitənin iclası keçiriləcək.

Cənub Qaz Dəhlizi layihəsi “Şahdəniz” yatağından Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur. -71D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com