AZ

RU

EN





 
Siyasət 2017
Fransa XİN-in dövlət katibi Bakıdadır

Fransa XİN-in dövlət katibi Bakıdadır

2017 Yanvar 11 ( Çərşənbə )  11:48:39
English  

Yanvarın 10-da prezident İlham Əliyev Fransanın inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Gueni qəbul edib.

Rəsmi məlumata görə, görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil və digər sahələrdə inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin genişlənməsinin önəmi qeyd olunub. Həmçinin humanitar sahədə əlaqələrin inkişafına toxunulub, Bakıda Fransa-Azərbaycan Universitetinin fəaliyyətə başlamasının bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.-02D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com