AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir

AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir

2017 Mart 17 ( Cümə )  12:44:09
English  

"Azərbaycan Hava Yolları" (AZAL) martın 16-da Novruz bayramına həsr olunan yeni aksiyanın başlanması barədə elan verib.

Milli bahar bayramı olan Novruz bayramı müddətində bir sıra istiqamətlərdə aviabiletlərə endirim tətbiq olunacaq.

Aksiya aşağıdakı istiqamətlərə şamil olunacaq: Bakı – Nyu-York – Bakı – 599 EUR, Bakı – Milan – Bakı – 299 EUR, Bakı – Paris – Bakı – 299 EUR, Bakı – Praqa – Bakı – 299 EUR, Bakı – Berlin – Bakı – 299 EUR, Bakı – Dubay – Bakı – 199 EUR. Vergi və rüsumlar aviabiletin qiymətinə daxildir.

Aviaşirkət bildirir ki, güzəştli bilaetlərin syı məhduddur.

Aksiya çərçivəsində aviabiletlərin satışı bu gün başlayıb və martın 31-dək davam edəcək.

Uçuş vaxtı aprelin 1-dən mayın 6-dəkdir. 08D

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com