AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində şəhər bulvarının idarə edilməsi üçün şirkət yaradılıb

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində şəhər bulvarının idarə edilməsi üçün şirkət yaradılıb

2017 Mart 17 ( Cümə )  11:54:23
English  

Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” MMC-nin yaradılması haqqında qərar qəbul edib.

Şirkət dənizkənarı bulvarın infrastrukturunun qorunub saxlanılması, ekoloji təhlükəsizliyinin təmin edilməsi, habelə onun idarəetmə sisteminin təkmilləşdirilməsi, ərazidə nəzarətin təmin edilməsi məqsədi ilə yaradılıb. “Sumqayıt Bulvar” MMC-nin idarəetmə aparatının işçilərinin say həddi 10  ştat vahidi müəyyən edilib.

“Sumqayit Bulvar” MMC üçün dövlət büdcəsinin ehtiyat fondundan 300 min manat vəsait ayrılıb.

Sumqayit bulvarı 2015-2016-cı illərdə yaradılıb. İşlərin maliyyə mənbələri barədə məlumat verilmir. Şəhər sahibkarları dəfələrlə dövlət strukturlarına bildirib ki, onlar Sumqayıt İH-nin xahişi ilə satınalma və tikinti-quraşdırma işləri üçün böyük vəsait ayırıblar və dələduzluq qurbanı olublar. Belə ki, vədlərə baxmayaraq, bu vəsaitlər onlara qaytarılmayıb.  08D

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com