AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
Manatın möhkəmlənməsi siyasəti qısa zamana hesablanıb  Natiq Cəfərli

Manatın möhkəmlənməsi siyasəti qısa zamana hesablanıb Natiq Cəfərli

2017 Mart 17 ( Cümə )  12:30:44
English  

Əslində dolların ucuzlaşmasına sevinməliyik, amma təəssüf ki, sabəblər çox sadədir və qısa zamana hesablanıb, deyə REAL hərəkatının icraçı direktoru, iqtisadçı Natiq Cəfərli hesab edir.

İqtisadçı Facebook səhiəsində yazıb ki, dolların ucuzlaşmasının səbəbi Mərkəzi Bankın manat həcmini azaltmasıdır.

«Mərkəzi Bankın manat kütləsini azaltması iqtisadi aktivliyi azaldır, bu gün açıqlanan rəsmi makroiqtisadi göstəricilər ölkədə böhranın dərinləşdiyini göstərir», deyə iqtisadçı bildirir.

N.Cəfərlinin fikrincə, Novruz bayramında İrandan və Ərəb ölkələrindən 20-30 min turistin gəlməsi gözlənilir, onlardan ucuz dollar almaq istəyirlər. “Banklar kredit verə, verdiyi kreditləri yığa bilmirlər, bankların ən çox gəlir yeri valyuta spekulyasiyaları olub, dolları ucuz alıb, baha satmaqla ayaqda qalmağa çalışırlar”, deyə Natiq Cəfərli hesab edir.

Martın 14-dəki valyuta hərracı ilə bağlı ekspert qeyd edib ki, banklar ilkin çıxarılan 35 milyon dolları aşağı məzənnə ilə alıblar. Çünki banklarda dollar var, amma manat azdır.

«Nəticədə dolların məzənnəsi aşağı düşüb. Bu zaman Mərkəzi Bank təcili surətdə daha 20 milyon dollar hərraca çıxarıb və Azərbaycanın ən iri kommersiya banklarına həmin məbləği daha yüksək məzənnəyə almaq tapşırılıb. Nəticədə manatın orta məzənnəsi 1.7279 olub – və bütün bu prosesin adını da “üzən məzənnə” qoyublar”, deyə o bildirib.

İqtisdaçı yenə qeyd edib ki, manat o vaxt möhkəmlənə bilər ki, ölkədə daxili istehsal artsın, idxaldan asılılıq azalsın, ölkəyə böyük həcmdə valyuta gətirən investorlar gəlsin.

«Hələlik bu 3 amilin heç biri müşahidə olunmur», deyə N.Cəfərli bildirib..

Qeyd edək ki, dolların manata nisbətdə məzənnəsinin artması fevralda 1,92 manat səviyyəsində dayanıb. Fevral və martın ilk yarısında dolların məzənnəsi 1,92-dən 1,7279 manata düşüb.

AMB manatın məzənnəsinin möhkəmlənməsini valyuta hərrcalarının yeni mexanizmi, kommersiya və rəsmi məzənnə arasında marja həddinin ləğvi ilə bağlayır. 71D

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com