AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
Banklar dolların alış məzənnəsini endiriblər

Banklar dolların alış məzənnəsini endiriblər

2017 Yanvar 11 ( Çərşənbə )  13:39:22
English  

Yanvarın 11-də kommersiya bankları əhalidən valyuta alışının məzənnəsini endiriblər. Belə ki, dünən bir dolları 1,83-1,84 manata alan banklar bu gün alış məzənnəsini 1,77-1,78 manata endiriblər.

Azərbaycan Mərkəzi Bankı yanvarın 11-i üçün dolların məzənnəsini dəyişməyərək 1,7742 manat səviyyəsində saxlayıb.

İqtisadçı Natiq Cəfərli baş verənləri şərh edərkən deyib ki, bankların qərarları yanvarın 10-da keçirilən valyuta hərracı ilə bağlıdır.

“Adətən hərraca 30-40 mln. dollar çıxarılırdı, yanvarın 10-da isə təklif 5-6 dəfə çox olub, ancaq dəqiq rəqəm məlum deyil”, - o bildirib.

İqtisadçı qeyd edib ki, valyuta hərracında təklifin artması düzgün qərardır.

“Valyuta satışının bərpası ajiotajı səngidəcək, “qara bazar”ı zəiflədəcək, sahibkarları və əhalini sakitləşdirəcək”, - eskpert vurğulayıb.

N.Cəfərli deyib ki, banklar alış məzənnəsi ilə yanaşı dolların satış məzənnəsini də azaltmalıdır.

“Banklar 4%-lik marjadan istifadə edərək valyuta əməliyyatlarından maksimum qazanc əldə etmək istəyirlər. Ancaq “qara bazar”ın tam aradan qaldırılması üçün valyutanın satış məzənnəsini də endirmək lazımdır”, - o bildirib.

Onun sözlərinə görə, Dövlət Neft Fondundan Mərkəzi Banka 7,5 mlrd. manat həcmində transfert barədə hakimiyyətin qərarı da vəziyyətə təsir göstərib. Bu, Mərkəzi Bankın valyuta əməliyyatlarında iştirakına imkan verəcək.–71D-

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com