AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
Azərbaycan Polad İstehsalı Kompleksi ləğv olundu

Azərbaycan Polad İstehsalı Kompleksi ləğv olundu

2017 Yanvar 11 ( Çərşənbə )  10:59:16
English  

Bu gün, yanvarın 11-də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin ləğv olunması haqqında rəsmi mediada məlumat dərc olunub. 

Turan agentliyinə Vergilər Nazirliyinə verilən məlumata görə, dövlət şirkətinin ləğvi haqqında məlumatın dərc olunması haqqında müraciəti iqtisadiyyat nazirinin müavini, QSC-nin İdarə Heyətinin sədrinin vəzifələrini icra edən Niyazi Səfərov imzalayıb.

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC prezidentin 23 aprel 2013-cü il tarixli 2875 nömrəli sərəncamı ilə yaradılıb. Nizamnaməyə görə, şirkətin ləğvi haqqında qərar vermək səlahiyyəti də ona məxsusdur. Dövlət başçısının bu SC-nin ləğv edilməsi haqqında sərəncamı naməlum səbəblərdən açıqlanmayıb.

Xatırladaq ki, bu şirkət dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin qurulması məqsədilə qurulmuşdu. Bir il sonra o, dövlət qeydiyyatına alınmış, onun İH sədri təyin olunmuşdu. Yaradılarkən onun strukturuna “Daşkəsən Filizsaflaşdırma” ASC daxil edilmişdi.

2015-ci ildə İH sədri vəzifəsindən azad edildi. 2016-cı ilin iyulunda “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşdirməyə açıldı. Hazırda onun 99,22% səhmlərinin  özəlləşdirilməsi ilə bağlı təkrar investisiya müsabiqəsi keçirilməkdədir. 08D

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com