AZ

RU

EN





 
İqtisadiyyat və maliyyə 2017
"Transneft" Mahaçqalada təmirlə bağlı Azərbaycan neftinin nəqlini dayandırıb

"Transneft" Mahaçqalada təmirlə bağlı Azərbaycan neftinin nəqlini dayandırıb

2017 Yanvar 10 ( Çərşənbə axşamı )  13:27:57
English  

Azərbaycan neftinin Novorossiysk limanına nəqli dayandırılıb, deyə "Transneft"in prezidentinin müşaviri, mətbuat katibi İqor Dyomin bildirib.

Onun verdiyi məlumata görə, Mahaçqalada tankerlərdən neft boşaldılmasını "Dağneftprodukt" (limandan neft "Dağneftprodukt"ə məxsus rezervuara qəbul edilir) dayandırıb. Reyddə tanker gözləməkdədir. " Neft məhsulları sexində təmirlə bağlı neft vurulması üç günlüyə dayandırılıb", deyə "Dağneftprodukt"un "Çernomortransneft"ə 9 yanvar 2017-ci il tarixli məktubunda bildirilir.

Zavoddakı təmirin neft nəqli ilə necə bağlı olduğu izah edilmir, deyə Dyomin əlavə edib.

"Bununla bağlı Azərbaycandan (Şirvanovka) neft nəqli dayandırılıb", - deyə mətbuat katibi bildirib.  –12D--

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com