AZ

RU

EN





 
Analitika 2017
On Kavkaz
On Kavkaz

Rusiya-Azərbaycan: proses inkişaf mərhələsində

2017 Yanvar 22 ( Çərşənbə )  15:33:18
English  

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmaması haqqında bəyanatı Azərbaycan cəmiyyətində vəlvələ yaradıb. Aşağılarda reaksiya həddindən artıq sərt olsa da, yuxarılarda diplomatik tənqidi reaksiya olub. “Rusiya xarici işlər idarəsinin rəhbəri Sergey Lavrov Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə yaranmış vəziyyətə adekvat qiymət verməli idi”, Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova belə yumşaq bəyanat verib.

Azərbaycanın “Lider” telekanalının Moskvadakı müxbiri Anar Həsənovun XİN rəhbərinə təxribat xarakterli “İşğal edilmiş ərazilərdə kontr-terror və işğalçı qüvvələrdən təmizləmə əməliyyatı başlayarsa, Moskva buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualı da “qarışqadan fil yaratmağı” xatırladan növbəti bəyanatlar, şərhlər silsiləsinə təkan verib.

Rəsmi Bakının Moskvaya nə vaxtsa açıq-aşkar belə sualla müraciət etdiyini çətin xatırlayaq. Bəlkə də pərdə arxasında belə bir əməliyyata reaksiya haqqında sual verilib və rəylər öyrənilib, amma sualın daxili işlərə qarışmamaq şəklində qoyulması istisnadır. Məsələ ondadır ki, hələ SSRİ dövründə münaqişə başladıqdan etibarən o, heç vaxt Azərbaycanın daxili işi olmayıb - əvvəlcə Bakı ittifaq hökumətinə, sonradan ATƏT-in Minsk Qrupunun şəxsində beynəlxalq vasitəçilər qrupuna şikayət edib və nəhayət, 1993-cü ildən münaqişə baxılması üçün BMT-yə verilib. Beləliklə, Bakı düşünülmüş  və demək olar həm də məcburi olaraq öz “daxili işi” hüququnu beynəlxalq ictimaiyyətlə paylaşıb və beynəlxalq ictimaiyyət müxtəlif təşəbbüslər irəli sürür və münaqişənin nizamlanmasının gedişatını idarə edir.

Belə kəskin sual qarşısında Lavrovun əlindən, xüsusən Qarabağ üzrə danışıqlarda təmsil etdiyi dövləti qorumaq cəhdindən başqa heç nə gəlməyib.

Amma ehtimal etmək olar ki, Lavrovun kəskin reaksiyasının arxasında Azərbaycana 5 mlrd. dollarlıq silah tədarükü üzrə beş illik dövrü yekunlaşdıran, habelə 80% Moskvanın
 
"Bu, artıq abstrakt bir şey deyil, müstəsna olaraq Azərbaycanın daxili işinin mövzusu deyil". Sergey Lavrov.
xeyrinə olan dörd milyardlıq ticari münasibətlərdə müəyyən azalma ilə yadda qalan 2016-cı ilin yekunlarına görə bu gün müzakirə olunan daha geniş maraqlar durur. KTMT baş katibi vəzifəsindən ayrılan Nikolay Bordyujinin ötən il səsləndirdiyi bəyanat da buna dəlalət edir. O, dekabrın 28-də Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəni KTMT üzvünə qarşı təxribat kimi qiymətləndirib, bu zaman qəsdən Dağlıq Qarabağın adını Dağlıq Qarabağ Respublikası kimi səsləndirib ki, bu da Azərbaycanı qəzəbləndirməyə bilməzdi.

Həmçinin qeyd etmək lazımdır ki, rəsmi Bakı ilə münasibətlərdə ehtiyatlı olan Lavrov İsrail, Ukrayna ilə eyni zamanda həm də Rusiya vətəndaşı olan bloger Aleksandr Lapşinin Azərbaycana verilməsinə kəskin qarşı çıxıb. Bakı Lapşini Dağlıq Qarabağa qanunsuz səfər etməkdə ittiham edir.

Prezident İlham Əliyev Davos iqtisadi forumunda etiraf edib ki, Rusiya ilə Azərbaycana müdafiə silahlarının ixracı haqqında danışıqların yeni mərhələsi başlayıb. Məlum olduğu kimi, ötən il Bakının Moskvaya qarşı xaricən texniki xarakter daşıyan silahların tədarükü ilə bağlı iradları var idi, amma çox güman ki, Əliyev administrasiyası Azərbaycana sonrakı silah tədarükü fonunda Qarabağ məsələsində Moskvadan daha çox anlayış görmək isyərdi. Dekabrın 15-də baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri zamanı əslində müəyyən konsensus əldə olunmuşdu, çünki o, Bakıdan daha yüksək əhval-ruhiyyə ilə ayrıldı, tvitterdə bu barədə yazmağı da unutmadı. Amma Kremlin xarici siyasət carçısının hazırki reaksiyası o demək ola bilər ki, tərəflər hələlik “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh müqabilində silah” formatı üzrə kompromis əldə etməyiblər.

Amma yenə də, xüsusən 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan edildikdən sonra bir tərəfdən ticarət dövriyyəsinin və investisiyaların artması, digər tərəfdən Qarabağ məsələsində müsbət irəliləyişlərlə yadda qalan çoxillik səmərəli Rusiya-Azərbaycan münasibətlərini nəzərə alaraq, bu paralel prosesin davam və inkişaf edəcəyini gözləmək olar.

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com