AZ

RU

EN





 
Analitika 2016
Linotip təfəkkür

Linotip təfəkkür

2016 Noyabr 21 ( Çərşənbə )  16:30:03
English Русский 

Prezident İlham Əliyev hələ də müstəqil kütləvi kommunikasiya vasitələrini özü üçün düşmən hesab etməyə davam edir. Onun 2003-cü ildən başlayan hakimiyyəti dövründə onların məhvi keyfiyyətli mətbuatın itirilməsinə və reket mətbuat və saray bülbülləri kimi fenomenini yaranmasına gətirib çıxarıb.

Noyabrın 16-da Dünya İnformasiya Agentlikləri Konqresinin xarici iştirakçıları ilə görüşdə İlham Əliyev qəzəbli tonla KİV-ə təzyiq və İnternetdə senzura olduğunu inkar edib, Qərbi ifadə azadlığı məsələsində ikili standartlarda ittiham edib. O, həmçinin Azərbaycanda tamamilə KİV azadlığı olduğunu iddia edib.

İki gün sonra yalnız bir hadisə prezidentin KİV azadlığı haqqında iddiasını təkzib edib. Noyabrın 18-də müstəqil vətəndaş cəmiyyəti ölkə üçün strateji əhəmiyyət daşıyan məsələni – dərinləşməkdə olan iqtisadi böhran şəraitində hələ də ictimaiyyətə təqdim olunmayan 2017-ci il büdcəsini müzakirə edirdi. Heç bir teleradio şirkəti, çoxsaylı hökumət KİV-ləri və hökumətyönlü mətbuat orqanları bu tədbiri işıqlandırmayıb, onu boykot edib. Bu fakt açıq-aşkar KİV-in tamamilə Prezident Administrasiyası tərəfindən idarə olunduğunu göstərir. PA kütləvi kommunikasiya vasitələrinin siyasi və digər idarəetməsini həyata keçirir.

Rəqibin qeyri-demokratik təqibinin nümunəsi kimi Asancın işi haqqında danışan Əliyev özü özünə zidd olub. Onun üç prezidentlik müddəti ərzində KİV və İnternetlə bağlı kifayət qədər çox məhdudlaşdırıcı düzəlişlər qəbul edilib, onların tətbiqi artıq onlarla Asanclar doğurub. Amma onun administrasiyası qanun maddələrinin sərtləşdirilməsini tətbiq etmir, azad düşünənlərin narkotik saxlamaq və ya xuliqanlıq ittihamı ilə həbsinə üstünlük verir. Cinayət maddələrinin olması və uydurma ittihamlarla həbslər bir məqsədə – jurnalistlərin və şəbəkə istifadəçilərinin daxili özünüsenzurasının yayılmasına və gücləndirilməsinə xidmət edir.

Növbəti belə qorxutma və azadfikirliliyi məhdudlaşdırma nümunəsi baş prokuror Zakir Qaralovun qanunvericilik təşəbbüsü qaydasında CM-in 148-1-ci maddəsinə düzəlişlər layihəsini parlamentə təqdim etməsi olub. Bu layihə İnternetdə saxta istifadəçi adı və profillərdən istifadə ilə təhqirlərə görə cinayət məsuliyyəti nəzərdə tutur. CM-in 323.1-ci (prezidentin şərəf və ləyaqətinin müdafiəsi) maddəsinə də əlavə etmək və beləcə bu maddənin təsirini İnternetdəki ifadələrə də şamil etmək nəzərdə tutulur. Bu maddə saxta profil, hesab və niklərdən istifadə ilə prezidentin şərəf və ləyaqətinin təhqirinə görə cinayət cəzası nəzərdə tutur.

Müstəqil KİV spektrinin geniş mövcudluğu zərurəti faktına məhəl qoyulmaması siyasəti və internetdə senzuranın gücləndirilməsi, əvvəllər də olduğu kimi, ölkədə avtoritar tendensiyaları gücləndirəcək və söz azadlığının və sözün geniş mənasında azadlıqların, o cümlədən iqtisadi azadlıqların boğulmasının nəticəsi olan böhranı daha da dərinləşdirəcək.

Hakimiyyətin müxtəlif sahələrdə təklif etdiyi bütün dövlət
 
Heç kim mükəmməl deyil və bütün məsələlərə reallıqlar kontekstində baxılmalıdır". İlham Əliyev
proqramlarının uğursuzluğu qərarlar qəbul edilərkən, həyata keçirilərkən və onlara nəzarət üçün geniş ictimai müzakirələrin olmamasının nəticəsi olub. Dövlət inşaatında ictimai inkişafın əngəllənməsi genişmiqyası süründürməçiliyin və korrupsiyanın səbəbi olub, Rabitə Nazirliyinin yüksək vəzifəli əməkdaşları üzərində məhkəmə buna dəlalət edir. Məhkəmə bütün dövlət qurumlarını əhatə edən və obyektiv təzahür olan genişmiqyaslı mənimsəmə və sui-istifadələr üzə çıxarıb.

Prezident Əliyev ölkəni böhrandan çıxaracaq və sabit inkişaf yaradacaq iqtisadi islahatlar keçirməyi vəd edir. Amma paralel olaraq ifadə azadlığı sahəsində islahatlar aparmaqdan imtina cəmiyyətin geniş iştirakı olmadan qarşıya qoyulmuş vəzifələri həyata keçirməyə imkan verməyəcək. Cəmiyyətin ifadəçisi və vasitəçisi isə azad və plüralist informasiya meydanlarıdır. İctimai müzakirələrdən və cəmiyyətin KİV-in iştirakı və vasitəçiliyi ilə islahatlar prosesində iştirakından imtina mütləq növbəti genişmiqyaslı proqramların uğursuzluğuna gətirib çıxaracaq.

Bu problemdə daha bir mühüm məqam var. Hətta hakimiyyət KİV azadlığı zərurətinə məhəl qoymamaqda davam etsə və yeni maneələr yaratsa da, bu, arzuolunan nəticəyə - total nəzarətə gətirib çıxarmayacaq. İnformasiya kommunikasiyaları sahəsində texnoloji təmayüllər həndəsi silsilə ilə güclənən informasiya sərhədlərinin yuyulmasını və internet istifadəçiləri arasında da eyni əhval-ruhiyyəni nümayiş etdirir. Məsələn, WhatsApp və digər proqramlar artıq şifrələnmiş danışıqlar, dövlət tərəfindən nəzarət olunan şlüzlərdən yan keçərək məlumat ötürülməsi imkanları verir. Və bu cür texnologiyalar yeni vəzifələrlə informasiya məkanına çıxır və ya çıxış gözləyir.

Digər güclənən təmayül kimi şəbəkənin Azərbaycanlı istifadəçiləri arasında azadfikirliliyin və etirazçı əhval-ruhiyyənin güclənməsini qeyd etmək olar. Heydər Əliyevin abidəsində qraffiti yazan iki gəncin nümunəsi və hətta uzunmüddətli həbs təhlükəsi altında peşmançılıq ifadə etməkdən açıq-aşkar imtinası ciddi siqnaldır, keçmişin ən yaxşı ənənələrində hakimiyyət belə siqnallara qeyri-adekvat reaksiya verib. Bu fakt və sosial şəbəkələrdə yazışmalar etirazçı əhval-ruhiyyənin artdığını və cəmiyyətin əlçatan vasitələrlə, hətta hakimiyyətin qanunsuz elan etməyə çalışdığı vasitələrlə mübarizəni davam etdirməyə hazır olduğunu göstərir.

Hər iki halda bu təmayüllər informasiya azadlığına məhəl qoyulmamasına və fikir azadlığına məhdudiyyətlər tətbiq etmək cəhdlərinə reaksiyadır. Bəşər tarixinin müxtəlif mərhələlərində belə reaksiyaların təcrübəsi göstərir ki, söz azadlığını məhdudlaşdıranlar hələ bu qarşıdurmadan qalib çıxmayıblar. Kommunikasiya və informasiya texnologiyaları vasitələrinin sürətlə inkişaf etdiyi dövrdə məhdudlaşdırıcı siyasətlərin məğlubiyyəti linotip çap maşınları dövründə olduğundan daha da sürətlə baş verəcək.

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com