AZ

RU

EN





 
Analitika 2016
Əliyev referendumun islahatlardan xəbər verdiyini təsdiq edir

Əliyev referendumun islahatlardan xəbər verdiyini təsdiq edir

2016 Sentyabr 29 ( Çərşənbə )  14:00:04
English Русский 

Prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər haqqında referendumun başa çatmasını Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışı və partiya-təsərrüfat fəalları qarşısında nitqlə qeyd edib.

Beləliklə, o, referendumdan əvvəl də, sonra da siyasi kursun ardıcıllığını açıq-aşkar göstərdi. Əliyev çıxışında əsas diqqəti müstəqil siyasət kursuna, hər-hansı xarici asılılığın və xarici qüvvələrin Azərbaycana təsirinin olmamasına çəkib. Əliyev sanki auditoriyaya referendum haqqında qərarın və onun nəticələrinin xarici siyasi təsir mərkəzlərinin ixrac materialı deyil, onun təfəkkürünün bəhrəsi olduğunu çatdırmağa çalışırdı.

Təsir mərkəzləri, öz növbəsində, baş verənlərə, daha dəqiq isə Əliyevin əllərində qeyri-məhdud hakimiyyətin cəmləşməsinə süst reaksiya nümayiş etdirərək, mahiyyətcə, təşəbbüsdən nəticələrə qədər referendum prosesində öz iştiraklarını nümayiş etdirdilər.

Necə olursa olsun, referendum və onun nəticələri, faktiki olaraq, yaxın gələcəkdə işə salınmalı olan islahatlar proqramına əlavə və yaxın on il üçün ölkənin əsas konstitusiyası olacaq. Proqram beynəlxalq maliyyə mərkəzlərində təsdiq mərhələsindən keçir və onun həyata keçirilməsi güclü diqqət altında baş verəcək.

Ölkənin gələcək inkişafını və hakimiyyətin taleyini, müasir Azərbaycan təcrübəsinin göstərdiyi kimi, yalnız hamının hörmət etdiyi, amma əməl etmədiyi rəsmi sənəd
 
“Azərbaycan tarix boyunca heç vaxt bugünki kimi güclü, azad və müstəqil olmayıb. Hazırki dövr əsl müstəqillik dövrüdür. Biz heç kimdən asılı deyilik, əminliklə irəli gedirik və perspektivlər çox açıq və aydındır. Cəmiyyətdə inkişafla bağlı fikir ayrılığı yoxdur və dünənki referendum bunu bir daha sübut etdi”. İlham Əliyev
olan konstitusiya deyil, bu proqram müəyyən edəcək. Bu mənada hazırki siyasi rejimdə, konstitusiyaya ən demokratik normalar daxil edilsə belə, onlar yalnız avtoritar dövlətin xarici fasadının mozaika ilə bəzənməsi funksiyasını yerinə yetirərdi.

Prezidentin nitqinin ünvanlandığı auditoriya bunu başa düşür. Zalın Əliyevin nitqini dinləməsi tərzi müəyyən dərəcədə fərqli idi, belə ki, tək-tük insan riqqətlə prezidentin Müsavat-Xalq Cəbhəsi müxalifətinin ünvanına ittihamlarını və siyasi kursun müstəqilliyi haqqında bəyanatlarını dinləyirdi. Dinləyicilərin əksəriyyəti isə nitqi heç bir emosiya olmayan soyuq bənizlərlə dinləyirdi. Bu, referendumda səs verən və ya verməyən seçicilərin ümumi reaksiyası idi.

Prezident Əliyev sistemin dərin və bitmək bilməyən böhranının, maliyyə itkilərinin, sabahın qeyri-müəyyənliyinin təsirinə məruz qalan 5 milyon seçicinin əhval-ruhiyyəsini dəqiq bilir. Amma o, uğurlu inkişaf və düşmən çevrə haqqında bölgülərində həmişə ardıcıl olub. Hakimiyyətdə olduğu 13 il ərzində bu xətt dəyişməyib və bu, əsasən neft gəlirlərinin ardıcıl artışı ilə bağlı idi. İndi bu iki xətt yolayırıcındadır və rejim dünənki avtoritar, mafiya dövlətinin qurulması ana xəttini günün gerçəklərinə uyğun şəkildə dəyişləməli olacaq. Referendumu necə təqdim edirlərsə etsinlər, o, faktiki olaraq, Qərbdə uzun müddət danışılan, amma Əliyev administrasiyasında eşidilməyən islahatlardan xəbər verir. Prezidentin nitqindən aydın olur ki, indi məsələ yalnız islahatları onun öz fikri kimi təqdim etməkdən ibarətdir.

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com