AZ

RU

EN





 
Analitika 2016
Türkiyə paralel dövlətlə vidalaşır

Türkiyə paralel dövlətlə vidalaşır

2016 İyul 18 ( Cümə axşamı )  12:55:45
English Русский 

Bəlkə də Türkiyədə iyulun 15-dən 16-na keçən gecə baş verən hadisələrin başlıca yekunu kimi dövlət sistemində olan demokratik təsisatların və qeyri-rəsmi qapalı birliklərin timsalında paralel aləmlərin birgəyaşayış dövrünün sonunu göstərmək olar.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan  baş tutmayan qiyamı paralel dövlətlərin birgəyaşayış dövrünün sonu kimi xarakterizə edib.

Paralel strukturların başlıca komponenti kimi ənənəvi olaraq türk ordusu çıxış edib ki, Konstitusiyaya görə, siyasətdən kənarda olub. Ancaq əslində Türkiyənin siyasi həyatının gedişini müəyyən edib.

Bu imtiyaz orduya Osmanlı fəthi dövründə verilb və Türkiyə Cümhuriyyətinin formalaşması dövründə öz təyinatını saxlayıb. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün rəhbərliyi  dövründə ordu öncə cümhuriyyətini yaradbı, sonra isə Konstitusiyanın qorunması missiyasını öz üzərinə götürüb.

60-90-ci illərdə ordu dörd dəfə siyasi idarə oluna bilməmənin qarşısının siyasi vasitələrlə yox, hərbi yolla alınması missiyasını öz üzərinə götürüb ki, bu da qısa müddətdə müsbət effekt verib, lakin ümumilikdə yaranan problemləri konstitusion vasitələrlə həll etməyə qadir siyasi mədəniyyətin formalaşmasına mane olub. Ordunun ölkədə və dünyadakı vəziyyətin inkişafına öz baxışı olub və bununla da mülki hökumətə daxili və xarici siyasətdə bu və ya digər məsələlərə bağlı öz baxışlarını yeridib.

Ərdoğan hakimiyyətə dərin siyasi-iqtisadi böhran, siyasi partiyaların deqradasiyası və növbəti hərbi çevriliş təhlükəsi şəraitində gəldi.  Dini şüarlardan istifadə edərək  yadda qalan iqtisadi islahatlar həyata keçirdi, cəmiyyətin və silahlı qüvvələrin bir hissəsinin dəstəyini qazandı.  Sonda bu, onun 2013-cü ildə hakimiyyətin ultramillətçi gizli təşkilat “Ergenekon”dan olan hərbi nümayəndələri ilə qarşıdurmada qalib olmasına imkan verdi.  Bu qələbə qəti deyildi, belə ki, o, ordunun siyasətə təsirinin bir qədər zəifləməsi, onun sıralarında parçalanma ilə kifayətlənməli oldu. Qiyamçıların indiki qeyri-ardıcıl hərəkətləri, qətiyyətsizliyi onun hərbi-siyasi monolit kimi mövcudluğunun sonunu göstərdi. Bu, Ərdoğanın hakimiyyətə gəlişindən  sonra Türkiyədə siyasi sistemdə islahatların ciddi göstəricisidir.

Baş tutmayan qiyam Ərdoğanın orduda daha miqyaslı islahatlar keçirməsinə və onu sivil dünyanın davranış normalarının tələb etdiyi kimi xarici təhlükələrdən müdafiə institutu kimi yenidən formalaşdırmasına imkan verəcək.

Buna paralel olaraq Ərdoğan vətəndaş komponenti də daxil olmaqla, demokratik institutları gücləndirməli olacaq. İyulun 16-da vəziyyətin dəyişməsində vətəndaşların həlledici rol oynaması faktdır. Bütün çevrilişlər tarixində ilk dəfə olaraq demokratiyanın müdafiəsi üçün, üstəlik Ərdoğanın özünün çağırışı ilə küçələrə çıxdılar.

Beləliklə, hadisələr və proseslər göstərdi ki, cəmiyyət demokratiya üçün yetişib və onu müdafiə etməyə hazırdır. Və Ərdoğan bütün yarımavtioritar meyllərilə bu fenomenlə hesablaşmalı olacaq. Demokratiyanın inkişafı ölkədə sabitliyin, eləcə də hakimiyyətin möhkəmliyinin, orduda islahatların və Türkiyə siyasi ənənəsinin əsas qarantına çevrilir. 

Hadisələr həmçinin göstərdi ki, Türkiyədə demokratik institutların xilaskarı kimi Ərdoğanın vaxtaşırı olaraq məhdudlaşdırmağa can atdığı KİV, sosial media, vətəndaş təşəbbüsləri çıxış etdi. Və yaxın gələcəkdə onlarla münasibətlə bağlı yenidən düşünməli olacaq. 15-16 iyun hadisələrinin fenomeni də  budur. 

Turan analitik xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com