AZ

RU

EN





 
Analitika 2016
Prezidentin tarixi gələcəyi

Prezidentin tarixi gələcəyi

2016 May 11 ( Cümə )  14:20:31
English  

Azərbaycan prezidenti İlham Əliyevin “ümummilli lider HeydərƏliyevin 93 illiyi və faşizm üzərində qələbənin 71-ci ildönümü ilə bağlı” rəsmi qəbuldakı nitqi nə tarixi keçmişə, nə də bu günə adekvat deyildi.

İkinci Dünya Müharibəsində Azərbaycanın rolu, Heydər Əliyevin Azərbaycan tarixindəki rolu, ölkənin, onun cəmiyyətinin, iqtisadiyyatının, ordusunun hazırki vəziyyəti haqqında bütün tarixi nümunələr mübaliğə edilmişdi və bununla da hətta o günlərin həqiqətləri çərçivəsində əhəmiyyətini itirirdi.

Çox da aydın deyildi, ya prezident həqiqətən irəli sürdüyü fərziyyələrə həqiqətən inanıb, ya da o, şüurlu şəkildə hadisələrin və şəxsiyyətlərin əhəmiyyətini şişirdir, bununla onlara böyük məna və əhəmiyyət verməyə çalışırdı.

Böyük Dünya Müharibəsi zamanı Bakı nefti və qurban  verilən Azərbaycan əsgərləri sovet sisteminin, dövlətin bir hissəsidir və ona tarixi reallıqdan ayrı, müstəqil Azərbaycanın mövqeyindən baxılması qətiyyən doğru deyil. Heydər Əliyevə olan hörmətimə baxmayaraq, Azərbaycanın 1969-cu ildə xaosdan xilas ediməsi və ya 1990-cı ildə kommunist partiyasından çıxması, habelə keçmişin digər hadisələri ilə bağlı  təhriflərə  yol vermək olmazdı. Bununla əlaqədar məntiqi olaraq prezidentin səksəninci illərin sonlarında milli azadlıq hərəkatı liderlərinin fədakarlığını, onların 1993-cü ildə rus ordusunun Azərbaycandan çıxarılmasındakı tarixi rolu və ya bu gün dövlət başçısını əhatə edən partiya-komsomol nomenklaturasının satqınlığını yad etməməsi haqqında sual yaranır.

Prezident həmçinin vətəndaş cəmiyyətinin birliyindən danışıb, vətəndaş cəmiyyəti nümayəndələrinin heç vaxt olmadığı qədər həbsxanalara salındığını, dövlətin bitmək bilməyən təzyiqi ilə siyasi həyatdan uzaqlaşdırıldığını qeyd etməyib.

Prezidentin
 
"Tarix keçmişin siyasətidir, siyasət isə bu günün tarixi". Eduard Frimen
bəhs etdiyi iqtisadi çiçəklənmə və sosial rifah yalnız devalvasiyaya uğramış rəqəmlərdədir və ölkədəki reallıqla heç bir əlaqəsi yoxdur, burada əhalinin 90 faizi, elə hökumətin də etiraf etdiyi kimi, yoxsuldur. Bu rəqəm, əlbəttə ki, son bir ildə nə bayramlarda, nə adi günlərdə uğursuzluğunu heç kimin etiraf etmək istəmədiyi uzaqgörən olmayan və yanlış siyasət nəticəsində maddi və mənəvi itkilərə məruz qalmış vətəndaşların suallarına cavab tələb edir.  

Prezident hətta yumşaldılmış rəsmi statistikaya görə belə düşən qiymətlərin göstərdiyi reallıqları ya görmək istəmir, ya da həqiqətən görmür. O, iki devalvasiya dalğası ilə çılpaqlaşmış, əhalinin gəlirlərinin dəhşətli dərəcədə azaldığı, qiymətlərin isə proporsional olaraq artdığı ölkədə  havayı neft dollarları illərində də olduğu kimi hər şeyin yaxşı və mütərəqqi olduğunda israr etməyə davam edir.

Bu pis vəziyyətdə yalnız prezidentin bəhs etdiyi aprel ayında Qarabağda Azərbaycan ordusunun lokal uğurlarını müsbət məqam adlandırmaq olar. Amma bu, yalnız regionda və ölkədə nəticəsi hələlik hamı üçün aydın olmayan bəzi böyük hadisələrin xəbərçisidir. Və bütün problem ondan ibarətdir ki, Əliyevin şərhində tarixi keçmiş tarixi perspektiv haqqında təsəvvür yaratmır. Tarix həm müsbət, həm də mənfi ola biləcək gələcəyin açarıdır . Hər şey yalnız tarixi qərarlar qəbul edən liderlərin hansı keçmişə əsaslandığından asılıdır. Yalnış tarixi şərh, hətta yaxşı niyyətlə olsa bilə, gələcəyə doğru irəliləməkdə düzəldilməsi mümkün olmayan və faciəvi səhvlərə gətirib çıxara bilər. Bu halda 19-cu əsrin məşhur Britaniyalı tarixçisi Eduard Frimenin sadaləşmiş sözlə deyilən əxlaq qaydasını yada salmaq yaxşı olardı: “Tarix keçmişin siyasətidir, onsuz bu günün siyasətini anlamaq olmaz”.

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com