AZ

RU

EN





 
Analitika 2016
Prezident Əliyevin Vaşinqton dilemması

Prezident Əliyevin Vaşinqton dilemması

2016 Aprel 02 ( Cümə )  13:53:32
English  

Azərbaycan prezidenti İlham Əliyevin formal olaraq IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak, əslində isə Ağ Evlə ölkənin və Bakıdakı rejimin gələcək taleyi haqqında məsləhətləşmələr aparılması üçün ABŞ-a səfəri qəbul səviyyəsi ilə ən nikbin müşahidəçilərin belə təəccübləndirib, hələ islahedilməz bədbinləri demirik.

Dövlət katibi Con Kerri və vitse-prezident Co Baydenlə, ticarət naziri Penni Pritskerlə ayrı-ayrı danışıqların qısa xülasələri, prezident Barak Obama ilə xatirə şəkli göstərib ki, Əliyev administrasiyası uzun illər ölkədə demokratik islahatlara qarşı müqavimət göstərdikdən sonra axır ki iqtisadi böhranın və konqresin sanksiyalar hədəsinin basqısı altında boyun əyib.

ABŞ-ın yüksək vəzifəli şəxsləri ilə danışıqların nəticələrindən məlum olduğu kimi, gündəlikdə regional təhlükəsizlik, energetika, nəqliyyat dəhlizi, Qarabağ münaqişəsi məsələlərinin durmasına baxmayaraq, Əliyevin siyasi kursunda Azərbaycanın avtoritarizmdən demokratiyaya keçirilməsini nəzərdə tutan dəyişikliyi məsləhətləşmələrin əsas mövzusu hesab etmək olar.

Beynəlxalq mətbuat, xarici və yerli siyasi məhbuslar səfər ərəfəsində və səfər zamanı Ağ Evi Əliyevə təzyiq göstərməyə, beləliklə Azərbaycanda vəziyyətin inkişafını izləyən hər kəsə Amerika-Azərbaycan münasibətlərinin gündəliyi üçün ən ağrılı və təxirəsalınmaz məsələnin ölkədə islahatlar problemi olduğunu göstərməyə çağırıb.

Azərbaycan prezidenti
 
Əliyev avtoritarizm və demokratiya dilemmasını həll etməlidir. Formal məntiqə əsasən, dünya istənilən seçimin şahidi ola bilər, amma bu seçimlərin hər ikisi bir nəticəyə gətirib çıxaracaq sistemin dəyişməsinə.
səfərdən öncə gözlənilən iqtisadi islahatlar və siyasi məhbusların 10%-ni azad etməklə qəbul edən tərəfə dəyişikliklərə ayaq uydurduğunu və Vaşinqtonun əvvəlcədən cızdığı kursla hərəkət etməyə hazır olduğunu göstərib.

Lakin Əliyevin və onun anaxronik komandasının Qərbin kursuna ciddi şəkildə və ardıcıllıqla riayət edəcəyini hesab etmək təvazökarlıq olardı. Vaşinqtondakı görüşlərdə və tədbirlərdə Əliyevin mimikası təsvirolunmaz məmnuniyyətdən dərin narahatlığa qədər dəyişirdi. Görünür, Azərbaycan prezidenti Obama administrasiyasının onun yaratdığı avtoritar sistemin demontajı üzrə işləri məhz onun üzərinə qoymasından məmnundur, amma digər tərəfdən, mərhələlərin dəyişməsi avtoritarizmdən azad olmuş Azərbaycan cəmiyyətinin bundan sonra basqı şəraitində idarə edilməsini nəzərdə tutur. Ölkəni siyasətçilərin, məmurların, biznesmenlərin, jurnalistlərin, QHT-çilərin, cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin hərtərəfli təzyiq mühitində idarə olunmasına öyrəşmiş rejim demoratik dialoqa və konsensusa hazır deyil ki, bu da keçid dövrünün ən mürəkkəb və acınacaqlı problemidir.

İstənilən halda, doğma yurduna qayıtdıqdan sonra Əliyev avtoritarizm və demokratiya dilemmasını həll etməlidir. Formal məntiqə əsasən, dünya istənilən seçimin şahidi ola bilər, amma bu seçimlərin hər ikisi bir nəticəyə gətirib çıxaracaq – sistemin dəyişməsinə. Birinci halda inqilab, ikinci halda isə təkamül yolu ilə inkişaf. Bunun şəxsiyyətlərə adıyatı  yoxdur.

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com