AZ

RU

EN





 
Analitika 2016
Aİ Azərbaycanın strateji cəhətdən müasirləşdirilməsini sərtləşdirir

Aİ Azərbaycanın strateji cəhətdən müasirləşdirilməsini sərtləşdirir

2016 Mart 03 ( Cümə )  17:13:12
English Русский 

Yüksək vəzifəli iki Avropa siyasətçilərin – Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini və Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramuntun fevralın sonu – martın əvvəlində Bakıya səfərləri Azərbaycanın ciddi əlavə təhlükələr, xüsusən maliyyə böhranı ilə qarşılaşdığı çətin bir vaxta təsadüf edib.

Şahmat dili ilə desək, prezident İlham Əliyev Avropalı qonaqları ÜDM-in iki dəfə düşməsi, işsizliyin, yoxsulluğun artması, ən əsası isə, neftin bahalı olduğu dövrdə həddindən artıq böyük gəlirlər sayəsində əldə edilmiş sosial nailiyyətin itirilməsi ilə qeydə alınan zəif mövqedə qəbul edib.

Qərb siyasətçiləri rəsmi Bakının qarşılaşdığı problemlərdən xəbərdardır, rejimin zəif yerlərini və ilk növbədə nisbi daxili inkişafın və sabitliyin qorunub saxlanması üçün zəruri olan maliyyə vəsaitinin əksikliyini yaxşı bilirlər. Və hazırki səfərə gələcək addımlar üçün zəmin axtarışı kimi baxmaq olar.

Bu, Mogerininin ifadələrindən hiss olunurdu. Onun səfər ərəfəsində Turan-a müsahibəsindən anlaşılırdı ki, insan hüquqları və demokratiya mövzusu adətən daha çox ikitərəfli münasibətlərin digər məsələləri ilə əlaqələndirmədən, təcrid edilmiş şəkildə energetika mövzusunda əməkdaşlıq haqqında danışmağa üstünlük verən rəsmi Bakı ilə gələcək danışıqların tərkib hissəsi olacaq.

Bakıda əsaslı şəkildə hazırlıq görülən səfər ərəfəsində görünürdü ki, Əliyev administrasiyası 1996-cı ildə “Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ilə start verilmiş Avrointeqrasiya problemlərinin həllinə kompleks yanaşmaya hazır deyil. Avropanın enerji təhlükəsizliyi problemi üzərindən uğurla oynayan rejim əməkdaşlığın bütün digər formalarını məzmunsuzlaşdırmağa və ölkənin demokratikləşməsi prosesini zərərləşdirməsinə müvəffəq olub.

Mogerininin səfəri ərəfəsində cəmiyyət Aİ-yə qarşı ikiüzlü siyasətin şahidi oldu. Xarici işlər naziri Mahmud Məmmədquliyev Azərbaycanın Aİ-dən yeni saziş üzrə danışıqlar aparmaq üçün mandat almağı gözləmədən Avropa İttifaqı ilə əməkdaşlıq perspektivlərinin ilkin müzakirəsinə başladığını deyirdisə, həmkarı Araz Əzimov hökumətin adından Azərbaycanın Aİ-yə daxil olmağa hazırlaşmadığını və belə bir məqsədi olmadığını bəyan edib. XİN rəhbəri Elmar Məmmədyarov isə 2015-ci ilin mayında Riqaya gətirdiyi, sonradan Avropalı tərəfdaşlarını çaş-baş qoyaraq gizləndiyi strateji müasirləşmə haqqında hüquqi cəhətdən heç bir öhdəlik yaratmayan sazişi imzalamağa hazır olduğunu bildirib.

Göründüyü
 
“Yüksək səviyyədə danışıqlarım Azərbaycanın bir sıra təhlükələrlə qarşılaşmasından sonra dəyişikliklər küləyini hiss etməyimə imkan verib”. Pedro Aqramunt
kimi, yüksək vəzifəli avropalıların səfəri ərəfəsində Əliyev administrasiyası Aİ ilə Sovet rejiminin dağılmasından və ölkə müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan cəmiyyətinin əksəriyyətinin can atdığı real inteqrasiya haqqında danışıqlara hazır deyildi.

Lakin Aİ rəsmi Bakının Şərq Tərəfdaşlığının Riqa sammiti zamanı dondurduğu Azərbaycanın strateji cəhətdən müasirləşdirilməsi haqqında sazişin işə salınmasının, yeri gəlmişkən, ölkəni əhatə etmiş dərin iqtisadi böhran şəraitində, heç vaxt omadığı qədər vaxtına düşmüş görünə  bilər. Avropada hesab edirlər ki, böhran və Əliyev administrasiyasının qarşılaşdığı yeni təhlükələr yeni reallıqlar şəraitində rəsmi Bakının praqmatik və konstruktiv olmasına səbəb olacaq.

“Yüksək səviyyədə danışıqlarım Azərbaycanın bir sıra təhlükələrlə qarşılaşmasından sonra dəyişikliklər küləyini hiss etməyimə imkan verib”, deyə heç cür avtoritar rejimin düşməni adlandıra bilməyəcəyimiz Aqramunt bildirib.

Aqramuntun prezident, spiker və XİN rəhbəri ilə görüşlərdən sonra gəldiyi nəticələr “bu dəyişikliklərin energetka və insan hüquqları məsələlərindən daha geniş olduğunu və maliyyə böhranı, qanunun aliliyinin və şəffaflığın təmin edilməsi ilə xarici investorların cəlb edilməsi zərurətini və bütün bunlar Azərbaycanın düşdüyü həssas geosiyasi vəziyyət fonunda olduğunu” göstərir.

Hər iki Avropa siyasətçisinin yekun nitqindən ehtiyatla belə bir nəticə çıxarmaq olar ki, indi Əliyev administrasiyası kompromislərə, xüsusən insan hüquq və azadlıqları sahəsində güzəştlərə heç vaxt olmadığı qədər hazırdır. AŞPA prezidenti qeyd edib ki, Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün 52-ci maddə çərçivəsində AŞ Baş Katibi ilə əməkdaşlığa hazır olduğu haqqında hakimiyyətdən təminat alıb.

Mogerininin səfərini yekunlaşdıran Aİ-nin uzunmüddətli inkişaf və rifaha gedən yolun açıq cəmiyyətdən və azadlıqlara hörmətdən keçdiyi haqqında ifadəsi də mesajın prezident Əliyevə çatdırılması və gələcək əməkdaşlığın hansı şərtlərlə olacağı nöqteyi-nəzərdən səciyyəvidir.

Hələlik isə, Mogerinidən bəlli olduğuna görə, Brüssel strateji tərəfdaşlıq haqqında yeni hərtərəfli saziş üzərində işləyir. Və Azərbaycanın düşdüyü mürəkkəb vəziyyəti nəzərə alsaq, sazişin şərtlərinin və müddəalarının bir il əvvəl Əliyev administrasiyası tərəfindən heç bir əhəmiyyət kəsb etməyən sənəd kimi pozulmuş əvvəlki sazişdə nəzərdə tutulanlardan xeyli sərt olacaq.

 

Turan Analitika Xidməti

ŞƏRHLƏR

 





(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email: editor.contact.az@gmail.com