AZ

RU

EN





 
Siyasət 2013
İsmayıllıda etirazlar ya islahatlara, ya da qarşıdurmaya aparacaq

İsmayıllıda etirazlar ya islahatlara, ya da qarşıdurmaya aparacaq

2013 Yanvar 25 ( Cümə )  13:59:50
English  

İkinci gündür ki, İsmayıllı rayonunda iğtişaşlar davam edir. Turan-ın Vaşinqton müxbiri bununla bağlı ABŞ analitiklərinin rəyini öyrənib.

“Bu hadisələr, həmçinin ötən il Qubada baş vermiş etirazlar göstərir ki, mərkəzi hökumət əslində Azərbaycanın regionlarına nəzarət etmir, korrupsiya ilə bağlı ciddi narazılıqlar, hakimiyyət özbaşınalığı var ki, bu da üzə çıxır”, - Karneqi Fondunun eksperti Tomas de Vaal bildirib. 

“Azərbaycan da daxil olmaqla, Qafqaz Yaxın Şərqdə və Şimali Afrikada baş vermiş sarsıntılardan sığortalanmayıb”, - həmin regionlarda etnik və dini münaqişələr üzrə şərhçi Ceyms Dorsi qeyd edib. 

“Misirdə və digər ölkələrdə üsyanlara səbəb olmuş zəminlərin hamısı Azərbaycanda var. Lakin hər zaman nəsə yerli, spesifik olan bir şey var ki, adamların səbr kasasını daşdırır”, - o vurğulayıb. 

Azərbaycanda hökumət məmurlarına qarşı etirazlara əsas olan iki şey var: korrupsiya və iqtisadi sıxışdırmalar. Analitik Maykl Bişku belə hesab edir.

“Neft və qazın satışından asılı olan ölkədə adamların çoxu çətinliklə dolanır və onların yoxsul vəziyyətinə məhəl qoymayan məmurların münasibətindən hiddətlənir”, - o qeyd edib.

Avtoritar rejimə qarşı müxalifət hərəkatının mümkün perspektivlərinə toxunan Bişku iki mümkün variantı göstərib: 1) əgər kütlə siyasi rəhbərləri dəyişikliklərin vacibliyinə və müqavimətin faydasız olduğuna inandırırsa, dinc yolla müsbət dəyişikliklərə nail olmaq; 2) silahlı müqavimət hərəkatının inkişafı ki, buna da hakim rejim hərbi yolla qalib gələ bilər. O, birinci variantın baş verəcəyinə ümidvar olduğunu bildirib.

İsmayıllı hadisələrini ərəb mitinqləri ilə müqayisə edən professor Bişku qeyd edib ki, ərəb dünyasında üsyan paytaxt şəhərlərində və digər mühüm mərkəzlərdə baş verənlərin nəticəsi olub və fasiləsiz baş verib.

Bundan başqa təhlükəsizlik qüvvələri ya kənara çəkiliblər, ya da narazı məmurlarla birlikdə müxalifətlə əməkdaşlıq ediblər. “Azərbaycanda real baharın gəldiyini demək üçün Bakıda və bütün ölkə boyunca bütün təbəqələr arasında davamlı və effektiv iş lazımdır”, - o vurğulayıb.

Onun fikrincə, Qərb “demokratikləşməni diplomatik yolla təşviq etməlidir, lakin o, Azərbaycandakı öz iqtisadi maraqlarını təhlükə altına alaraq bunu etməyə hazırdımı?” -25B-

 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email:editor@contact.az