AZ

RU

EN





 
Siyasət 2012
İctimai Palatanın Naxçıvan təşkilatı regionda total saxtakarlıqları müzakirə edib

İctimai Palatanın Naxçıvan təşkilatı regionda total saxtakarlıqları müzakirə edib

2012 Avqust 09 ( Bazar )  11:20:11
English Ðóññêèé 

 

Avqustun 8-də Müsavat Partiyası Naxçıvan MR təşkilatının qərargahında İctimai Palatanın Naxçıvan MR təşkilatının Koordinasiya Şurası növbəti yığıncağını keçirib. 

Yığıncaqda ölkədə və muxtar respublikada ictimai-siyasi vəziyyət, növbəti prezident seçkilərinə qədər Azərbaycanda normal seçki mühütinin yaradılması müzakirə edilib. 

Toplantıda həmçinin muxtar respublikada son dövrlər daha da şiddətlənən özbaşınalıqlara, qanunsuzluqlara, məmur özbaşınalığına və sahibkarların total şəkildə hüquqlarının pozulmasına, müxalifət qəzetlərinin muxtar respublikaya buraxılmamasına münasibət bildirirlib. Qərara alınıb ki, baş verən qanunsuzluqlar, məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları, prezidentin Naxçıvan MR-ya səfəri zamanı Naxçıvana ayrılan 10 mlyon manat əlavə vəsaitin aqibəti, son dövrlər bəzi yüksək çinli məmurların Naxçıvanda milyonlar dəyərində tikdirdikləri mülklər barədə aidiyyatı qurumlara sorğular göndərilsin, araşdırmalar aparılsın və müvafiq bəyanatlar verilsin.

İP Naxçıvan MR təşkilatının Koordinasiya Şurasının növbəti yığıncağı avqustun 26-da olacaq. -0-

 

ŞƏRHLƏR



 



Please wait while contact.az tweets load

If you can't wait - check out what we are twittering




(ru) Все права защищены! © 2007 - Contact online news : При использовании материалов активная гиперссылка на www.contact.az обязательна
(en) All rights reserved! © 2007 - Contact online news : When reprinting, active hyperlink on www.contact.az required.
 
Powered by © Contact Online news, 2007 - 
Email:editor@contact.az