Çox dəyərli media qurumu, xəbər saytı.

 

 

Nuray 1.jpgYazıb Sizə bildirmək istəyirəm ki, nəvəm 2010-ci il təvəllüdlü Nurəliyeva Nurayı (13.02.2010-cu il doğumlu) körpə yaşlarından səhhətində yaranan narahatlığa görə müayinəyə götürdük. Müayinə nəticəsində məlum oldu ki, balaca Nuray ağır dərəcəli talassemiya xəstəsidir. Nurayın elə kiçik yaşlarında - 2015-ci il aprel ayında vəziyyəti ağırlaşdı. Həkim müayinəsində məlum oldu ki, Nuray əməliyyat olunmalı, dalağı götürülməlidir. Nuray bala elə körpə yaşında ikən əməliyyat olunaraq dalağı götürüldü. Lakin bu, Nurayın sağlam həyat sürməsinə təsir etmədi. Talassemiya xəstəliyi getdikcə Nurayda irəlilədi və bunun fəsadı olaraq artıq sifətində dəyişikliklər meydana gəlməyə başlandı. Hal-hazırda Bakı şəhəri talassemiya mərkəzində qeydiyyatdadır. Bununla yanaşı Nurayın kiçik qardası 4 yaşlı Davud Nurəliyev (06.12.2011 doğumlu) də eyni narahatlıqla xəstəxanaya aparılmış və beta talassemiya ağır forma olaraq diaqnozu qoyulmuşdur. Bütün ailə olaraq çox ciddi narahatlıq içindəyik. İki nəvəmin də sağalması çox çətin olan xəstəliyə tutulmasına, gözümün qabağında əriyib məhv olmasına ürəyim dözə bilmir.

Oğlum Mərahim Nurəliyev hərbi xidməti uğurla başa vurmuş, idman yarışlarında fəxri fərmana layiq görülmüşdür. Lakin hal-hazırda heç bir yerdə işləmir.  Övladlarının ilik köçürülmə yolu ilə əməliyyat olunaraq sağalması mümkündür. Bizim ailə büdcəmiz olaraq buna gücümüz çatmır. İki körpənin də gözümüzün önündə bu xəstəliyin pəncəsinə məhkum olduğunu çarəsiz izləyirik.

Üzümüzü imkanlı, xeyirxah işadamlarına tutaraq deyirəm: Bu iki balanın sağalması və dünyadan məhrum olmaması üçün öz köməkliyinizi əsirgəməyin. Əməliyyat üçün bütün danışıqlar olunub, həkim tapılıb. Sadəcə maddi gücümüz çatmadığı üçün əməliyyat etdirə bilmirik. İmkanı olanlardan xahiş edirik əlaqə saxlayaraq Nuray və Davudun əməliyyat olunmasına  köməklik göstərsinlər

Əlavə:  CD və şəkillər.

 

Nurəliyeva Gülüzar

(yaşadığı yer: Sumqayıt şəhəri, 10 mk-n, ev 21, mənzil 86)

Telefon:  050-495-00-96   (Nurayın atası)

 

15193609_1334758123214548_4033137908597574593_n.jpg

 

 

15181233_1334238656599828_607299284868896843_n.jpg